Tarixdə "Cahiliyyə Dövrü" deyilen bir zaman parçası vardır. Bu zaman parçasında, Ərəbistan Yarmadasında, insanlar bütlərə sitayiş edir, həmişə içgi içir, qumar oynayırdılar. Güclü olan haqlı sayılır, qadınlar bir ticari əşya kimi alınıb-satılır, qız uşaqları diri-diri torpağa basdırılırdı. Təkcə Ərəbistan Yarmadası deyil, bütün dünya qaranlığa qərq olmuşdu. Asiya, Afrika və Avropada da vəziyyət bundan fərqli deyildi. Əlbəttə bunlardan narahat olan, razı qalmayan az da olsa ağıl sahibi insanlar mövcud idi və bunlar Cənabi Haqqa dua edərək, bu qaranlıq zamanın bitməsi üçün yalvarırdılar. İnsanlara rəhm edən Allahu Təala, müxtəlif əsrlərdə və müxtəlif coğrafi bölgələrdə yaşayan insanlara bir çox peyğəmbər göndərdiyi kimi, son nəbi və rəsul olan Həzrəti Məhəmmədi də (Səllallahu əleyhi və səlləm) bu qaranlığı aydınlatması üçün son peyğəmbər olaraq vəzifələndirdi.
Author: Prof. Dr. Ramazan AYVALLI
Format: eBooks
Publisher: Gofreebooks
Category: Prophet Mohammad alayhissalâm
Language: Azerice
Length: 593 page, 15-21 hours









