İslam Əxlaqı
Author: Əli ibn Əmrullah-Muhamməd Hadimi
Format: eBooks
Publisher: Həqiqət kitabevi
Category: Ethics of Islam
Language: Azerice
Length: 200 page,  5-7 hours

Müsəlmanın hər şeydən əvvəl qəlbini təmizləməsi lazımdır. Çünki qəlb bütün bədənin rəisidir. Bütün üzvlər qəlbin əmrindədir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “İnsanın bədənində bir ət parçası vardır. Bu yaxşı olarsa, bütün üzvlər yaxşı olar. Bu pis olarsa, bütün orqanlar korlanmış olar. Bu qəlbdir” buyurdu. Yəni bu ürək deyilən ət parçasındakı könüldür. Onun yaxşı olması pis əxlaqdan təmizlənməsi və yaxşı əxlaq ilə bəzədil məsidir.

İnsanın surətinə, şəklinə “Bədən”, “Xəlq” deyilir. İnsanın qəlbindəki qüvvətə, təbiətə, hala, “Hulq” deyilir. “Əxlaqı zəmimə”, qəlbin xəstəlikləridir. Bunların müalicəsi çətindir. Dərmanlarını yaxşı bilmək və düzgün istifadə etmək lazımdır. Hulq, yəni əxlaq, qəlbdəki mənfəət və arzu, hal deməkdir. İnsanın etiqadı, sözləri, hərəkətləri, həmişə bu qüvvədən hasil olmaqdadır. İxtiyari hərəkətlər əxlaqın əsərləridir. Əxlaqı dəyişdirmək, pisini yox edib, yerinə yaxşısını gətirmək mümkündür. Hədisi-şərifdə, “Əxlaqınızı gözəlləşdirin!” buyuruldu. İslamiyyət mümkün olmayan şeyi əmr etməz. Təcrübələr də belə olduğunu göstərməkdədir. [Təcrübə, qəti bilgi əldə etməyə yarayan üç vasitədən biridir. Bu vasitələrdən ikincisi, Muxbiri Sadiqin1 xəbər verməsidir. Üçüncüsü, hesab ilə anlamaqdır.] İnsanların əxlaqlarını dəyişdirə bilmə istedadları eyni deyildir.

Mələkxanım

Gözəllik

Hamının ehtiyacı var əxlaqını gözəlləşdirməyə. Bunu da ancaq onun yollarını bilməklə etmək olar. Belə yolu göstərən kitabları da yazmışlar sağ olsunlar. Oxuyub faydalanırıq.

Ömər Babayev

Əla kitab çox yaxşıdır

Nüsrət

Kitablar arasında fərq qoymaq mümkün deyil. Hər biri bizim üçün çox dəyərlidi. Hamının bu kitablardan faydalanmasını arzulayıram. "Dininizi doğru öyrənin, yoxsa yaşadığınızı din zənn edərsiz" Hz. Ömər r.a. Dinimizi doğru öyrənmək üçün bu kitablar əvəzsizdir.

Ulviyye

Her bir kesin oxumaga ehtiyaci olan kitabdir, cox tovsiye olunur, hazirlayanlardan ve internetde yayimlayanlardan Allahü teala razi olsun

Muhammad

İslam Əxlaqı

Bu adla bazarda kitab çox olsada. Bu əsl oxunası kitabdı. Məhəmməd Hadimi həzrətləri yazıb. Satışda 4 manatdı.

Mehdi

Əxlaq

Özünüzü ancaq bu kitabı oxumaqla düzəldə bilərsiniz. Bu kitab güzgüdür.

You Might Also Like
Processing...